"Titanik"in finalını dəyişiblər

Aktrisa Keyt Uinslet “Titanik” filminin finalını dəyişib.

 

Kulis.az rus mətbuatına istinadən verdiyi xəbərə görə, bu, Stiven Kolberin proqramında baş verib. Kadrlar Youtube portalına yerləşdirilib.

 

2017-ci ildə “Titanik”in  20 illiyi qeyd olunur. Lakin bu günədək KİV-də və sosial şəbəkələrdə Cekin (Leonardo di Kaprio) niyə ölməsi müzakirə olunur, axı okeanın içində  Rouzun (Uinslet) yapışdığı qapının üstündə hər iki nəfərə yer var idi.

 

Sonluğun yeni variantı Kolberin proqramında təqdim olunub. Qapı yerinə stoldan istifadə olunub, Cek rolunda isə teleaparıcı özü çıxış edib. Yeni versiyada Rouz sevgilisinə xilas olmaqda kömək edir.

 

LENT

17 İyul 2018
16 İyul 2018
15 İyul 2018
14 İyul 2018
13 İyul 2018