Ramiz Məlik: “Məleykə Əsədova onu yuxusunda görər”

 

“Mən heç vaxt  Məleykə Əsədovanın valideynlərinin məzarı qarşısında onlardan üzr istəməyəcəyəm. Məleykə onu ancaq yuxusunda görəcək”.

 

Bunu APA-ya xalq artisti Ramiz Məlik deyib. R.Məlik bildirib ki, M.Əsədova onun şərəf-ləyaqətini alçaltmağa çalışır: "Yəni onun tərbiyəsi o həddədir ki, 74 yaşlı kişini təhqir edib, alçaltmaq istəyir? Onun yaşı qədər mənim səhnə stajım var. Utanmalıdır, abır-həyası olmalıdır. Deyir, Ramiz Məlikin çox adamla qalmaqalı olub. Mən heç vaxt heç kimlə qalmaqal yaratmamışam. Əksinə, istəsəydim, Ramiz Novruzu 3 illik həbs etdirərdim. Amma mən onu bağışladım. Bu məsələ ilə bağlı da başqa nə isə demək istəmirəm”.

 

Qeyd edək ki, xalq artisti M.Əsədova APA-ya Ramiz Məlikin cəmiyyətə yanlış informasiya ötürdüyünü deyib. M.Əsədova qeyd edib ki, Ramiz Məlik onun ata-anasının məzarı qarşısında üzr istəməli, dediyi əxlaqsız sözləri öz ünvanına götürməlidir. Belə olmasa, təzminatı ödəməlidir.

 

 

 

LENT

17 Dekabr 2017
16 Dekabr 2017
15 Dekabr 2017
14 Dekabr 2017
13 Dekabr 2017