Opera teatrında təcavüz qalmaqalı

Təcavüz qalmaqalı indi də klassik musiqidə yaşanıb.

 

Kulis.az-ın türk mətbuatına istinadən verdiyi xəbərə görə, Nyu-York Metropolitan Operasının orkestr rəhbəri, dirijor Ceyms Levin haqqında çıxan təcavüz iddialarının ardınca nəzarətə götürülüb.

 

Metropolitan Operasının səlahiyyətli nümayəndələri verdikləri açıqlamalarda 74 yaşlı orkestr rəhbərinin bu il orkestri idarə etməyəcəyini, iddialarla bağlı araşdırmalar üçün bir hüquq firmasının tutulduğunu deyiblər.

 

40 il operanın musiqi rəhbərliyini edən Ceyms Levin üç kişinin illər əvvəl, gənc ikən təcavüzə məruz qalması iddiasına dair heç bir şərh verməyib.

 

Operanın baş direktoru Peter Gelb daha iki nəfərin 1960-cı illərdə baş verdiyi iddia olunan təcavüz ittihamından sonra məşhur orkestr rəhbərinin nəzarətə götürülməsi qərarını verdiklərini söyləyib.

 

LENT

17 İyul 2018
16 İyul 2018
15 İyul 2018
14 İyul 2018
13 İyul 2018