Məşhur aktyor seks qalmaqalına görə serialdan qovuldu

Hollivud aktyoru Kevin Speysinin çəkildiyi “Kartdan ev” (“House of Cards) serialının final sezonu haqqında qərar qəbul olunub.

 

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, 5 mövsüm çəkilib göstərilən serial-şounun 6-cı mövsümünün çəkilişlərinə 2018-ci ilin əvvəlində başlanacaq.

 

Lakin çəkilişlər seksual təcavüzdə adı hallanan Kevin Speysinin iştirakı olmadan aparılacaq.

 

Yeni mövsümdə baş rolu Robin Rayt oynayacaq. The Hollywood Reporter-s jurnalı əsasında sözügedən serialın çəkildiyi kitabda (müəllif: Maykl Dobbs)  Speysinin personajı olan ABŞ prezidenti Frenk Andervud vəfat etdiyini yazıb. 

 

Siyasi triller janrında çəkillən Amerika serialı “House of cards” 2013-cü ildən göstərilir. Baş rolu-Amerika prezidentini oynayan Kevin Speysi 2015-ci ildə serialdakı roluna görə (“Dramatik serialda ən yaxşı kişi rolu”) “Qızıl Qlobus”a layiq görülüb.

 

Xatırladaq ki, aktyor Antoni Rapp Kevin Speysini 31 il öncə ona ittiham etməkdə suçlayır. K.Speysi isə 1986-cı illə bağlı olan bu ittihama o zaman içkili halda hər hansı artıq-əskik hərəkət edə biləcəyi açıqlamasını vermiş və bu hərəkətinə görə üzr istəmişdi.  Bunun ardınca aktyorun oynadığı “House of Cards” serialının da yayımı dayandırılmışdı.

 

 

LENT

16 Dekabr 2017
15 Dekabr 2017
14 Dekabr 2017
13 Dekabr 2017