Fərid Hüseynin yeni kitabı çıxıb - FOTO

“Kaspi nəşrləri” seriyasından yeni kitab –  Fərid Hüseynin “Hər kəsin öz eşqi” işıq üzü görüb.

 

Kulis.azın məlumatına görə kitab, Hüseyn Cavidin anadan olmasının 135 illik yubileyi münasibəti ilə “Kaspi” qəzeti və “Kaspi” Təhsil Şirkəti tərəfindən nəşr edilib.

 

Nəşr Hüseyn Cavid və Mişkinaz Cavidə, onların ailə sədaqətinə ithaf edilib. “Kaspi nəşrləri” seriyasının rəhbəri və redaktoru filologiya üzrə fəlsəfə doktoru, şairə Sona Vəliyevadır.

 

15 azərbaycanlı, 3 əcnəbi şairin həyat yoldaşının müsahibələri yer alan kitabda yüzlərlə fotolar və sənədlərin sürətləri verilib.

 

Əli Kərim, Məmməd Araz, Vaqif Səmədoğlu, Vaqif Bayatlı Odər, Fikrət Qoca, Fikrət Sadıq, Sabir Rüstəmxanlı, Nüsrət Kəsəmənli, Çingiz Əlioğlu, Adil Mirseyid, Zahid Sarıtorpaq,  Salam Sarvan, Qismət, Aqşin Yenisey və Fərhad Metenin həyat yoldaşlarının müsahibələrindən başqa, Milorad Paviç, Atilla İlhan və Cemal Süreyanın xanımlarının da ədəbi söhbətləri nəşrə daxil edilib.

 

Nəşrin redaktoru Günel Şamilqızıdır.

 

 

 

LENT

25 May 2018
24 May 2018
23 May 2018
22 May 2018