Tarantino "Ulduz yolu" seriyasından film çəkəcək

 

Hollivud məşhurları Kventin Tarantino və Cey Cek Abrams kainat haqda elmi-fantastik “Ulduz yolu” franşizasının növbəti tammetrajlı filmini çəkəcəklər.

 

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, film Tarantinonun karyerasında son tammetrajlı film ola bilər. Bunu o müsahibələrinin birində deyib.

 

Filmin hələ süjetinin müzakirə olunduğu deyilir. Ssenari yazılışı üçün namizədlər seçilir. “Star trek” mediafranşizası yeddi serial, 13 tammetrajlı film, çoxlu kitablar və kompüter oyunlarından ibarətdir.

 

Filmin rejissorunun Kventin Tarantino olacağı bəllidir. Hazırda Kventin süjetinin Roman Polanskinin hamilə arvadının Çarlz Mensonun “Ailə” sektasının üzvləri tərəfindən qətlə yetirilməsi fonunda inkişaf edən film çəkir. 

 

 

 

LENT

20 Fevral 2018
19 Fevral 2018
18 Fevral 2018
17 Fevral 2018
16 Fevral 2018