Gənc Tamaşaçılarda “Qonaqlıq”

 

Dekabrın 8-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində Əhməd Orucoğlunun ssenarisi əsasında hazırlanmış "Qonaqlıq" musiqili komediyası nümayiş olunacaq.

 

Teatrın mətbuat xidmətindən Kulis.aza verilən məlumata görə, əsas rolu Xalq artisti Cəfər Namiq Kamalın ifa etdiyi komediyada ADGTT-nın aktrisaları Zemfira Əbdülsəmədova və Hüsniyyə Əhmədova da çıxış edəcəklər.

 

Qeyd edək ki, uzun illər öncə bu janrlı tamaşalar hazırlanardı və kiçik yumoristik səhnələrdən, parçalardan hazırlanmış belə tamaşalar həmişə tamaşaçı marağına səbəb olardı. Xeyli fasilədən sonra bu tipli tamaşalara ehtiyac yarandığını hiss edən yaradıcı heyət  bir saat yarım davam edən komediyada ailə-məişət mövzusuna, sosial və ailə daxili problemlərə həsr olunmuş müxtəlif səhnəciklər və monoloqlarla tamaşaçılara gülüş ziyafəti verəcəklər.

 

 

LENT

16 Dekabr 2017
15 Dekabr 2017
14 Dekabr 2017
13 Dekabr 2017