“YUĞ” Teatrında premyera olacaq

Dekabrın 7-də “YUĞ” Dövlət Teatrında “Quş dili” adlı yeni tamaşanın premyerası keçiriləcək.

 

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Təranə Vahidin hekayələri əsasında Əbdülqəni Əliyevin quruluşunda hazırlanan tamaşanın rəssamı Umay Həsənova, musiqi tərtibatçısı Amid Qasımovdur.

 

Səhnə əsərində əməkdar artist Yaqut Paşazadə, "Humay" mükafatı laureatı Qasım Nağı, aktyorlar Təranə Atacan, Elgün Həmidov, Elşən Əsgərov və İlahə Məmmədzadə iştirak edir.

 

Tamaşada cərəyan edən hadisələr gözdən uzaq bir dağ kəndində baş verir.

 

LENT

20 Fevral 2018
19 Fevral 2018
18 Fevral 2018
17 Fevral 2018
16 Fevral 2018