YUĞ teatrında növbəti istefa - QALMAQAL

 

YUĞ teatrının aktrisası Yaqut Paşazadə Facebook hesabında teatrdan ayrıldığı haqqında məlumat verib:

 

“Mənə zəng edib çox narahatlıqla YUĞ Teatrından getməyimin səbəbini soruşan çoxsaylı dostlarıma demək istəyirəm ki, səbəblərdən sonuncusu və vacibi bu ƏMR oldu. Mən gözləmək istəmədim ki, növbəti dəfə mənimlə bu oyunu oynasınlar. Çox təəssüf edirəm. Amma Mən hardayamsa Vaqif İbrahimoğlu  ordadır”.

 

 

Aktrisa teatrdan ona gələn xəbərdarlıq əmrindən sonra bu qərara gəldiyini açıqlayıb. Əmrdə Yaqut Paşazadəyə “Naməlum Axundzadə” tamaşasındakı rolundan imtina edib məşqi pozduğu üçün ciddi xəbərdarlıq olunub: “Nəzərinə çatdırılsın ki, belə hallara bir daha yol verilərsə, əmək müqaviləsinə xitam veriləcək”.

 

Kulis.az məsələ ilə bağlı Yaqut Paşazadə ilə əlaqə saxlayıb. Aktirasının dediyinə görə, tamaşanın məşqinə getməməyinin səbəbi səhhəti ilə bağlıymış: “Mən onlara xəstə olduğumu bildirmişdim və izahat da yazmışdım. Onlar isə bunu nəzərə almadan xəbərdarlıq əmri hazırlayıblar. İlk dəfə idi başıma belə bir iş gəlirdi. Və bu cür işin təkrar başıma gəlməməyi üçün teatrdan ayrılmaq qərarına gəldim. Yeni müqavilə imzalanmasına razı olmadım. O xəbərdarlıq əmri mənə xoş gəlməmişdi”.

 

 

LENT

24 İyun 2018
23 İyun 2018
22 İyun 2018
21 İyun 2018
20 İyun 2018