Almaniyada yaşayan azərbaycanlı rəssam vəfat etdi

 

Dekabrın 9-da, Almaniyada yaşayan azərbaycanlı rəssam Gündüz Əlizadə vəfat edib.

 

Sosial şəbəkə hesabında dostlarının yazdığına görə, rəssam uzun sürən xəstəlikdən dünyasını dəyişib.

 

Gündüz Əlizadə “Kirpi” və  “Gənclik” jurnalında, müxtəlif qəzetlərdə karikaturaları, vətənpərvərlik ruhunda kompozisiya, plakat, qrafik işləri ilə tanınırdı. Xeyli zamandır Almaniyanın Tier şəhərində yaşayan rəssamın Berlində “20 yanvar” hadisələrinə, vətənə həsr olunmuş sərgiləri nümayiş olunub.

 

LENT

24 İyun 2018
23 İyun 2018
22 İyun 2018
21 İyun 2018
20 İyun 2018