YUĞ-dan istefalarla bağlı açıqlama: “Bizdə kimisə qovmaq yoxdur”

 

“Bizdə hamı öz xoşu ilə teatrdan ayrılır” – bu sözləri Kulis.aza açıqlamasında YUĞ teatrının baş rejissoru Mehriban Ələkbərzadə deyib.

 

Aktrisa Yaqut Paşazadənin teatrdan istefa verməsi ilə bağlı məsələyə münasibət bildirən baş rejissor bildirib ki, bu addımı istefa hesab etmir: “İstefa ayrı şeydi. Gəlin, buna teatrdan ayrılmaq deyək. İndi aktyorlar seriallara çəkilirlər, instituta gedirlər, başqa işlərə də vaxt ayırırlar. Buna görə də bəzən məşqlərə gələ bilməmək, gecikmək söhbəti ortaya çıxır”.

 

Baş rejissor daha sonra deyib: “Bizdə kimisə qovmaq, işdən çıxartmaq yoxdur. Hər kəs öz ərizəsi ilə müraciət edir və teatrdan ayrılır. Bunun da teatrla əlaqəsi yoxdur”.

 

Xatırladaq ki, YUĞ teatrının aktrisası Yaqut Paşazadə teatrdan ayrıldığı haqqında sosial şəbəkədə məlumat vermişdi. Aktrisa səbəb kimi teatrdan ona bildirilən xəbərdarlığı əsas tutmuşdu. 

 

 

 

LENT

16 Yanvar 2018
15 Yanvar 2018
14 Yanvar 2018
13 Yanvar 2018
12 Yanvar 2018