“Göydən 3 banan düşdü” – YENİ TAMAŞA

Dekabrın 14-ü, saat 20-də ADO Teatrında “Göydən 3 banan düşdü” adlı tamaşa nümayiş olunacaq.

 

Teatrdan Kulis.aza verilən xəbərə görə, tamaşanın quruluşçu rejissoru və müəllifi Elmin Bədəlov, rəssamı Leyla Quliyevadır.

 

Rolları aktyorlar Elgün Həmidov, Aytən Əliyeva, Nurlan Süleymanlı və Kamran Muradlı canlandıracaq.

 

Tamaşada Azərbaycan nağıllarının motivlərindən istifadə olunsa da nümayiş böyüklər üçün hazırlanıb. Eyni zamanda tamaşada milli musiqilərin təhrif olunmuş versiyasından da istifadə olunub. 

 

LENT

17 Yanvar 2018
16 Yanvar 2018
15 Yanvar 2018
14 Yanvar 2018