Xəttatlıq sənətini öyrənmək istəyənlərə şad xəbər

 

Dekabrın 19-dan 22-dək Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə birgə “Ərəb dili üzrə xəttatlıq sənəti” adlı ödənişsiz treninq keçirəcək.

 

Kulis.azın Azərtaca istinadən verdiyi xəbərə görə, treninq xəttatlıq sənəti üzrə 30 illik təcrübəyə malik məşhur Misir xəttatı Mustafa Məhəmməd Amri tərəfindən keçiriləcək.

 

Treninqdə ərəb dili müəllimləri və ərəb dilini yaxşı səviyyədə bilən və bu dildə yaxşı yazmağı bacaran şəxslər iştirak edə bilərlər.

 

İştirak etmək istəyənlər 012 561 12 17 nömrəli telefonla əlaqə saxlayaraq qeydiyyatdan keçə bilərlər. Treninqin sonunda iştirakçılar mütəxəssis tərəfindən imtahan olunaraq Misirin Ali Təhsil Nazirliyinin sertifikatı ilə mükafatlandırılacaqlar.

 

 

 

LENT

24 İyun 2018
23 İyun 2018
22 İyun 2018
21 İyun 2018
20 İyun 2018