“Dəmirin yolu” nümayiş etdiriləcək

 

Aranfilm Yaradıcılıq Mərkəzi Heydər Əliyevə həsr olunmuş "Dəmirin Yolu" adlı sənədli film ərsəyə gətirib.

 

Kulis.azın məlumatına görə filmdə Heydər Əliyevin Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin rəhbəri, həmçinin Azərbaycan prezidenti olduğu dövrlərdə dəmiryoluna göstərdiyi diqqət və qayğı, quruculuq işləri öz əksini tapıb.

 

"Dəmirin yolu" sənədli filminin ssenari müəllifi və rejissoru Kamran Qasımov, operatorları Habil Yusifli və Rafiq Əliyev, montaj rejissoru Pərviz Səlimov, icraçı prodüseri Nicat Məmmədov, baş prodüseri İqbal Məmmədəliyevdir.

 

"Dəmirin Yolu" filminin məsləhətçisi Xalq artisti Vasif Babayevdir.

 

Filmdə çoxlu sayda foto-kinoxronika materiallarından istifadə edilib.

 

"Dəmirin Yolu" sənədli filmi 15 dekabr saat 11:00-da Biləcəri qəsəbəsində yerləşən Qamət Abbasov adına 284 saylı məktəbdə nümayiş etdiriləcək. 

 

 

 

LENT

16 Yanvar 2018
15 Yanvar 2018
14 Yanvar 2018
13 Yanvar 2018
12 Yanvar 2018