“Müasir Azərbaycan ədəbiyyatı” Bolqarıstanda nəşr olunub

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi ilə Bolqarıstan Yazıçılar Birliyinin birgə ərsəyə gətirdiyi “Müasir Azərbaycan ədəbiyyatı” kitabı Bolqarıstanda işıq üzü görüb.

 

Kulis.azın Tərcümə Mərkəzinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə müasir Azərbaycan ədəbiyyatının Yusif Səmədoğlu, Fərman Kərimzadə, Anar, Elçin, Əli Kərim, Məmməd Araz, Musa Yaqub, Vaqif Səmədoğlu, Ələkbər Salahzadə, Sabir Rüstəmxanlı kimi ədəbi simalarının şeir və hekayələri toplanmış kitabı bolqar dilinə tanınmış bolqar şair və yazıçıları – Boyan Angelov, Nadya Popova, İvan Yesenski, Dmitri Xristov və İva Nikolova çevirib.

 

 

 

LENT

16 Yanvar 2018
15 Yanvar 2018
14 Yanvar 2018
13 Yanvar 2018
12 Yanvar 2018