Aktyorlarımız beynəlxalq festivalda qalib oldular

Azərbaycanlı aktyorlar beynəlxalq kino festivalında mükafat qazanıb.

 

Kulis.az-ın türk mətbuatına istinadən verdiyi xəbərə görə, Antakya Beynəlxalq Film Festivalının qalibləri müəyyən olunub.

 

Bu gün keçirilən bağlanış və mükafatlandırma mərasimində açıqlanan siyahıda Aktyor Hikmət Rəhimov və İlahə Həsənovanın adı var.

 

Hikmət Rəhimov “Üçüncü günün adamı” filmindəki roluna görə “Ən yaxşı aktyor” nominasiyası ilə, Aktrisa İlahə Həsənova isə “Nar bağı” filmindəki roluna görə “Ən yaxşı aktrisa” nominasiyasında qalib olublar.

 

 

 

LENT

16 Yanvar 2018
15 Yanvar 2018
14 Yanvar 2018
13 Yanvar 2018
12 Yanvar 2018