Quranın yanlış izahı dini düşmənçilik yaradır - Çingiz Hüseynov

Tanınmış yazıçı Çingiz Hüseynov teleqraf.com saytına verdiyi müsahibədə İslam dini ilə bağlı dediyi fikirlərin yanlış anlaşıldığını qeyd edərək, bəzi məqamlara aydınlıq gətirib. Kulis.az həmin açıqlamanı təqdim edir.  

 

Yanılan həmyerlilərimə cavabım


“İslam” mövzusu məni əlli ildən çoxdur (“Fətəli Fəthi” romanımdan sonra) maraqlandırır, problemə dair beş kitabım çap olunmuşdur (sonuncusu – «Мухаммед», М., серия ЖЗЛ, 2017, 500 с.); təəssüf ki, kitablarım rus dilindədir, amma ayrı-ayrı parçaları ingilis, türk, ərəb, ivrit, az-n dillərində (xüsusən müsahibələrimdə) işıq üzü görmüşdür.


Bu kitabların mövzusu ibrani (“avraamik”) dinlərin əlaqə-münasibətlərinə aiddir.


Məlumdur ki, yəhudilik 4 min, xristianlıq 2 min, islam isə 1,5 min il əvvəl yaranmış və son iki din yəhudilikdən doğmuşdur, hətta ilk-əvvəl xristianlıq “iudey xristianlığı” adlandırılırdı. Bu haqda Bibliya da deyir, Quran da. 


Bu da məlumdur ki, dinlər bir-birinı qəbul etmir, rədd edir, halbuki dinlərə aid kitabların mətni etika-fəlsəfə-süjetlər baxımdan bir-birinə çox yaxındır, həqiqətən vahid İlahinin məhsuludur. 


Amma! 


Özünü yəhudi və xristianların da kitablarında göstərən ciddi fərqlər çox vaxt və əksər hallarda dinlərin mətnlərində deyil, onların əsrlər boyu dəyişməyən izahatlarına bağlıdır, yəni, dinlərin bir-birini inkar etmə meylləri məhz izahatlardan doğur. 


Qurandan yanlış izahatlara dair – bircə misal. Məkkədə nazil olmuş dahiyanə yeddi ayəli “Fatihə” surəsində aiddir: 


“Rəhmli, mərhəmətli olana! Qiyamət günün sahibinə! Biz yalnız Sənə ibadət və yalnız Səndən kömək diləyirik! Bizi doğru yola yönəlt! Nemət verdiyin kəslərin yoluna yox, qəzəbə düçar olanların və azanların yoluna yox!”


İzahlara görə, bu son iki ayədə guya yəhudilər və xaçpərəstlər nəzərdə tutulur, halbuki Məkkədə bu dinlərin heç biri ilə Məhəmməd peyğəmbər rastlaşmamışdı və söhbət yalnız Məhəmmədi qovanlara, onu lağa qoyan və öldürmək istəyən bütpərəst qohumlarına aiddir. 


Bu kimi izahatlar (və bəzən hətta əlavələr də!) Quranda bir çox ziddiyyətlərin yaranmasına səbəb olmuşdur.


Amma bunu da deməliyəm ki, bu kimi yanlış izahatlar bir növ yəhudiliyin, xaçpərəstliyin və islamın... qorunmasına (paradoks!), saxlanılmasına səbəb olmuşdur. Əks təqdirdə dinlərin üçü də yaşamazdı! Təhlillər hər bir dini məhdudlaşdırıb özəlləşdirmişdi! 
İndi, 21-ci yüzillikdə dinlərin düşmənçiliyi, bir-birini inkar etməsi bəşəriyyəti ölüm meydanına çevirib. 


Quranda deyilən kimi, hər dinin öz kitabı, öz ritualları, adətləri və abidələri vardır! 


Dində zorluq yoxdur! Dinlər (bu da Qurandandır!) xoş əməlləri ilə biri-biri ilə yarışmalıdır! 


Mənim konkret olaraq və bəlkə də utopik xarakteri daşıyan, “sizif əməyinə” oxşar zəhmətim-niyyətim normal müsəlmanları qorumaq, Quranı nəinki terrorçuların əlindən almaq, hətta Quranla onların ölüm fəlsəfəsini tərənnüm edən ideyalarını ifşa etməkdir.

 

LENT

24 İyun 2018
23 İyun 2018
22 İyun 2018
21 İyun 2018
20 İyun 2018