14 dostunun hər birinə milyon dollar bağışladı

Amerikalı aktyor Corc Kluni dostlarına pulla dolu çemodan hədiyyə edib.

 

 Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, hər çemodanda bir milyon dollar olub. Aktyor bununla onları dostluqlarına görə mükafatlandırıb.

 

Bu barədə mətbuata hədiyyə almış dostlardan biri sahibkar Rand Cerber danışıb.

 

Onun sözlərinə görə, 2003-cü ildə Kluni 14 dostunu şam yeməyinə dəvət edib. Şam yeməyinə gələn dostları oturacaqları stulda pulla dolu portfel gözləyirmiş.

 

“Hələ ki bir yerdəyik mən sizə minnətdarlığımı göstərmək istəyirəm, bu , çox vacibdir” – deyə Kluni izah edib. Kluninin dediyinə görə, “oğlanlar” adlandırdığı dostları ona çox kömək ediblər və o, bunu dəyərləndirir.

 

Cerber deyib ki, o, hədiyyədən imtina etmək istəyib, amma Kluni bəyan edib ki, dostlarından kimsə pulu qəbul etməsə, onda hər kəsin hədiyyəsi geri alınacaq.

 

LENT

16 Yanvar 2018
15 Yanvar 2018
14 Yanvar 2018
13 Yanvar 2018
12 Yanvar 2018