Onlar dahilərin evində böyüdülər - FOTOLAR

 

Kulis.az məşhur yazıçıların övladlarını təqdim edir.

 

Aleksandr Puşkin - Aleksandr Puşkin

 

 

Dahi şairin son nəvəsi. Belçikada yaşayır. Uzun müddət “Alcatel”də mühəndis kimi işləyib.

 

Viktoriya Tolstoy - Lev Tolstoy

 

 

Tolstoy təkcə möhtəşəm əsərlər deyil, həm də çoxluca nəvə qoyub getdi bu dünyadan. Onların arasında ən populyarı – cazmen Viktoriya Tolstoydur. Viktoriyanın məşhur ləqəbi də var: “Caz Xanım”.

 

Dmitri Dostoyevski - Fyodor Dostoyevski

 

 

Böyük yazıçının nəvəsi. Dostoyevski kimi yazıçı deyil. Ümumiyyətlə, Dostoyevskinin nəvələri ədəbiyyatla məşğul deyillər. Dmitri tramvay sürücüsüdür. Amma tramvay sürməkdən başqa 20 ixtisasa yiyələnib.  

 

Dri Heminquey - Ernest Heminquey

 

 

Heminqueyin nəticəsi. Aktrisa Mariel Heminqueyin qızı. Dri anasının yolunu davam etdirib. Eyni zamanda bu gözəl qız fotomodel kimi də uğur qazanıb.

 

Ternel Ebbot - Cek London

 

 

 

Nəvəsidir. Vəkildir. Ömrünü insan hüquqlarının müdafiəsinə həsr edib.

 

Harri Lloyd - Çarlz Dikkens 

 

 

Harri Llyod Dikkensin kötücəsi. Məşhur “Game of Thrones” serialının aktyorudur.

 

Adrian Konan Doyl – Artur Konan Doyl

 

 

Adrian atasının kölgəsində qalmaq istəmədi. İstəmədi ki, onu Artur Konan Doylun oğlu kimi tanısınlar. Qələmini sınadı, atası haqqında bioqrafiya yazdı, müxtəlif hekayələrlə çıxış elədi. Hətta atasının məşhur Şelok Holms süjetini davam etdirdi.

 

Rodriqo Qarsiya - Qabriel Qarsiya Markes 

 

 

Nobelli yazıçının oğludur. Ssenarist, operator, rejissor. Kann festivalında mükafat qazanmış “Qadın sirri” filminin rejissoru Rodriqo atası kimi məşhurdur.

 

Met Selincer - Cerom Devid Selincer 

 

 

Məşhur yazıçının uşaqları onun özünə bənzəməyiblər. Mətbuatdan qaçmırlar, gizlənmirlər, uzun müddət tənhalığa çəkilmirlər. Qızı atası haqqında kitab yazıb. Oğlu Met isə aktyor kimi fəaliyyət göstərir.

 

Denni Karapetyan - Rey Bredberi

 

 

Bredberinin nəvəsi ədəbiyyatdan yan keçib kinoda ayaq saxladı. Rejissor köməkçisi, dizayner kimi fəaliyyət göstərib. Daha sonra bir filmdə rol alıb. Titrlərdə babasının adını daşıyırdı.

 

 

 

LENT

21 İyun 2018
20 İyun 2018
19 İyun 2018
18 İyun 2018
17 İyun 2018
16 İyun 2018