Murad Dadaşov “Pole Çudes”dəki iştirakından danışdı: “Neft məsələsi zarafat idi”

Azərbaycanlı aktyor, şoumen Murad Dadaşov Rusiyanın "Birinci kanal”ında yayımlanan məşhur "Pole Çudes” verilişinin qonağı və iştirakçısı olub. Veriliş ölkəmizdə birbaşa və internet üzərindən izlənilib və sosial şəbəkədə şərh olunub.

 

Veriliş Beynəlxalq Çay Günü və bu verilişin sponsoru olan Azərbaycan şirkəti "Azərçay”ın 20 illiyinə həsr edilib.


Verişin final mərhələsinədək irəliləyən və qalib olan Murad Dadaşov aparıcı Leonid Yakuboviçə məşhur Azərbaycan mürəbbəsi və neft  hədiyyə edib.

 

Kulis.az-a açıqlamasında şoumen M.Dadaşov bunun zarafat olduğunu söyləyib:

 

“ Mürəbbələrin yanında neft olması mən tərəfdən düşünülmüş məzəli bir zarafat idi. Əlbəttə, bizdə bir çox sənaye məhsulları istehsal olunur, amma Azərbaycanı daha çox neft ölkəsi kimi tanıyırlar. Biz də zarafatla neft də əlavə etdik ki, mürəbbələr xoşunuza gəlməsə, Azərbaycan nefti var. Bu verilişdə bir çox kolleksiyalar toplanır və bu nefti də biz o kolleksiyaya hədiyyə etdik”

 

Həmçinin M.Dadaşov həmkarına Azərbaycanın "Qarabağ” klubunun UEFA Çempionlar Liqasında oynadığı topu və oyunçuların imzaladığı xüsusi formanı hədiyyə edib.

 

Sosial şəbəkədə Yakuboviçin soyuq davranması haqda yazılanlara isə Murad Dadaşov qısa cavab verdi:

 

“Yakuboviç uzun illərdir bu verilişi aparır, verilişin özündən doymuş bir insandır. Ola bilər yorulmuş olsun, amma biz özümüzə olduqca xoş münasibət gördük. Biz bir-birimizi “KVN” dən tanıyırıq. Yakuboviç o zaman müsabiqədə jüri heyətində idi. Yəni, münasibətlər çox gözəldir. Bizi hər yerdə təbəssümlə qarşıladılar”.

 

LENT

21 İyun 2018
20 İyun 2018
19 İyun 2018
18 İyun 2018
17 İyun 2018
16 İyun 2018