“Həqiqət sorağında” sənədli filminin təqdimatı keçiriləcək

Dekabrın 23-də saat 16-da Azərbaycan Milli Konservatoriyasında ARB “AranFilm” Yaradıcılıq Mərkəzində istehsal olunmuş “Həqiqət sorağında” tammetrajlı sənədli filmin təqdimatı keçiriləcək.

 

Mərkəzdən Kulis.aza verilən xəbərə görə, film görkəmli bəstəkar, Azərbaycan musiqi xəzinəsinə böyük töhfələr vermiş əməkdar incəsənət xadimi Rauf Əliyevin xatirəsinə həsr olunub. Şuşada doğulmuş Rauf Əliyevin həyat yolu və yaradıcılığı həm musiqi, həm də kino sənəti ilə sıx bağlı olub. O, vokal və simfonik əsərlərlə yanaşı, “Həmyerli”, “Qara Volqa”, “Sərhəd”, “Qaladan tapılan mücrü”, “Biz qayıdacağıq”, “Dünən qəfildən gəldi...”, “Küçələrə su səpmişəm”, “Çölçü”, “Ölüm növbəsi” və bir çox başqa filmlərə musiqi bəstələyib.

 

Bəstəkarın xatirəsinə həsr olunmuş “Həqiqət sorağında” filminin ssenari müəllifi və rejissoru uzun illər bəstəkarla birgə işləmiş Mübariz Nağıyev, layihənin bədii rəhbəri Tahir Tahiroviç, prodüseri İqbal Məmmədəliyevdir. Filmdə Xalq Artistləri Xəyyam Mirzəzadə, Rauf Abdullayev, Siyavuş Kərimi və başqa musiqi və kino xadimləri, həmçinin Ukrayna, Qazaxıstan bəstəkarları və başqaları onun haqqında xatirələrini bölüşüblər. Təqdimat zamanı bəstəkarın oğlu, rəssam Müşfiq Əliyevin tabloları, onun atasına, Şuşaya həsr olunmuş rəsm əsərlərinə də baxış keçiriləcək.

 

LENT

24 İyun 2018
23 İyun 2018
22 İyun 2018
21 İyun 2018
20 İyun 2018