Şimali Kiprin təmsilçisi Musiqili Teatrda olub

Şimali Kipr Türk Respublikasının Bakı təmsilçisi xanım Ufuk Turganer Azərbaycan Dövlət Musiqili Teatrında olub.

 

Teatrın mətbuat xidmətindən kulis.az-a verilən xəbərə görə, mötəbər qonağı teatrın direktoru, əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev qəbul edib. Işgüzar görüşdə iki ölkə arasındakı mədəni əlaqələr müzakirə edilib. Görüş zamanı qarşılıqlı ikitərəfli mədəni əlaqələrin daha da genişləndirilməsi üçün yaradıcılıq mübadiləsi ilə bağlı bir sıra tövsiyə xarakterli təkliflər səsləndirilib.

 

Söhbət zamanı iki ölkə dramaturqlarının əsərlərinin səhnələşdirilməsi, rejissor, rəssam, baletmeyster və aktyorların müvafiq olaraq Azərbaycana və Şimali Kipr Respublikasına dəvət edilərək səhnə əsərlərinə quruluş verilməsi ilə yanaşı, qarşılıqlı səfər və qastrolların təşkili məsələlərinə toxunulub. “Biz çağdaş dünya teatrlarında gedən bütün prosesləri diqqətlə izləyir, bu ümumi prosesə öz töhfələrimizi verməyə çalışırıq. İnanırıq ki, dövlətlərimiz və xalqlarımız arasındakı mədəni əlaqələr bundan sonra daha da inkişaf edəcək” - deyə Əliqismət Lalayev söhbət zamanı bildirib.

 

LENT

24 İyun 2018
23 İyun 2018
22 İyun 2018
21 İyun 2018
20 İyun 2018