ADO-da yeni ilin ilk tamaşası

ADO teatrı (Azərbaycan Dağınıq Oda teatrı) yeni ilin ilk tamaşasını təqdim edəcək.

 

Teatrdan kulis.az-a verilən xəbərə görə, “Toy” adlı tamaşa məşhur alman dramaturq Bertolt Brextin “Meşşan Toyu” pyesi əsasında hazırlanıb.

 

Tamaşanın rejissoru, ADO-nun fransız aktrisası Elsa Furtadodur. Tamaşanın rəssamı isə Leyla Quliyevadır. Pyesi Azərbaycan dilinə Aytən F. Əliyeva tərcümə edib. Rolları isə Elmin Bədəlov, Elgün Həmidov, İskra Tarrant, Kamal Aken, Aytən Əliyeva, Zərif Bəkirova və Zaur Hacızadə canlandıracaq.

 

“TOY” tamaşasının rəsmi dəstəkçisi: “Goethe Zentrum – Baku” (Goethe İnstitut)-dur.

 

Tamaşanın nümayişi yanvarın 5-də, saat 20-də  baş tutacaq.

 

LENT

16 Yanvar 2018
15 Yanvar 2018
14 Yanvar 2018
13 Yanvar 2018
12 Yanvar 2018