Oqtay Kazıminin 85 illiyi qeyd olunub

Azərbaycan Milli Konservatoriyasında görkəmli bəstəkar, Xalq Artisti Oqtay Kazıminin xatirəsi yad edilib.

 

Bəstəkarın 85 illiyi münasibətilə keçirilən tədbirdə konservatoriyanın rektoru, Xalq Artisti Siyavuş Kərimi, Oqtay Kazıminin ailə üzvləri, AMK-nın professor-müəllim heyəti və tələbələr iştirak ediblər. AMK-nın “Tələbə xoru”nun və digər tələbələrin ifasında sənətkarın əsərləri səsləndirilib, bəstəkarlıq fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

 

Xalq Artisti Siyavuş Kərimi və bəstəkarın həyat yoldaşı Fəridə Kazımova çıxış edərək Oqtay Kazımi haqqında xatirələrini bölüşüblər.

 

Qeyd edək ki, konsertin bədii rəhbəri AMK-nın müəllimi, “Tələbə xoru”nun dirijoru Təranə Yusifovadır.

 

LENT

24 İyun 2018
23 İyun 2018
22 İyun 2018
21 İyun 2018
20 İyun 2018