“Əlilliyi olan şəxslərə münasibət dəyişməlidir” – SOSİAL ÇARX

 

ƏSA Teatrı fiziki məhdudiyyətli şəxslərlə bağlı sosial çarx hazırlayıb.



Teatrın baş meneceri Nicat Qulamın Kulis.aza verdiyi açıqlamaya görə, 2018-ci ilin ilk günlərində sosial çarxı çəkməkdə məqsəd cəmiyyətin bütün təbəqələrinin diqqətini ölkədə əlilliyi olan şəxslərə yönəltməkdir: "ƏSA Teatrı olaraq qərara gəldik ki, yeni ilin ilk günlərində çəkdiyimiz bu sosial çarxla düşüncələrimizi cəmiyyətə ötürək. Çünki fiziki məhdudiyyətli insanların yaradıcı fəaliyyət göstərə bilmələri üçün bütün cəmiyyət dəstək göstərməli, əlilliyi olan şəxslərə münasibət dəyişməlidir."

 

Xatırladaq ki, ƏSA Teatrının əsas heyəti fiziki məhdudiyyətli aktyorlardan ibarətdir.


Sosial videoçarxın youtube linki:

 

 

LENT

16 Yanvar 2018
15 Yanvar 2018
14 Yanvar 2018
13 Yanvar 2018
12 Yanvar 2018