Rusiyanın ən məşhur rejissoru türkə uduzdu

 

Türk əsilli alman rejissor Fatih Akının “Son həddə” filmi xarici dildə ən yaxşı film kimi “Qızıl qlobus” mükafatı qazanıb.

 

Kulis.azın rus mətbuatına istinadən verdiyi xəbərə görə bu kateqoriyada yarışan nominantlardan biri də Andrey Zvyaqinsevin “Sevgisizlik” filmi idi.

 

Ancaq münsiflər Fatih Akının xeyrinə qərar çıxarıblar.

 

Buna qədər Zvyaqinsevin filmi beynəlxalq festivallarda bir çox mükafat almışdı. Avropa kinoakademiyasının iki mükafatı və London beynəlxalq kinofestivalının Qran-prisi bura daxildir.

 

Bundan başqa rejissorun işi “Oskar” mükafatına da təqdim olunub.

 

 

LENT

24 İyun 2018
23 İyun 2018
22 İyun 2018
21 İyun 2018
20 İyun 2018