“Çölçü” daha bir beynəlxalq mükafat aldı

 

Şamil Əliyevin “Çölçü” filmi “Cult critic movie awards” 2018 yanvar mövsümünün (January Monthly) Ən yaxşı bədii film mükafatına layiq görülüb. Filmin rejissorunun Kulis.aza verdiyi məlumata görə təqdimetmə mərasimi 2018-ci ilin ortalarında Hindistanın Kolkata şəhərindəki Rotary Sadan mərkəzumdə keçiriləcək.

 

Bu mükafatı aldığına görə “Çölçü” Jean Luc Godard Mükafatının nominantı (Yaxçıların yaxşısı / best of the best) statusunu qazanmışdır.

 

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” Kinostudiyasında lentə alınmış “Çölçü” filminin rejissoru Şamil Əliyev, ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur.

 

Filmdə Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkilib.

 

Film 35 Beynəlxalq Kino Festivallarında iştirak dərək bir sıra mükafatlara layiq görülüb.

 

 

 

LENT

28 May 2018
27 May 2018
26 May 2018
25 May 2018
24 May 2018
23 May 2018