Azərbaycanlı tenor “Don Karlos”da baş rolda çıxış edəcək

 

Martın 1-dən 4-dək Rusiya Dövlət Akademik Böyük Teatrında Cüzeppe Verdinin “Don Karlos” operası nümayiş etdiriləcək.

 

Kulis.azın Azərtaca istinadən verdiyi xəbərə görə səhnə əsərində Don Karlos obrazını martın 2-də və 4-də Azərbaycanın Əməkdar Artisti Yusif Eyvazov (tenor) canlandıracaq.

 

Karyerasına İtaliyanın teatr və konsert zallarında başlayan Y.Eyvazov 2008-ci ildə Milanda Opera Müğənniləri Beynəlxalq Müsabiqəsinin Qran-Pri mükafatına layiq görülüb. O, 2012-ci ildə Bakıda Vokalçıların Bülbül adına VI Beynəlxalq müsabiqəsinin qalibi olub. Y.Eyvazovun adı “Dünyanın ən yaxşı tenorları” kitabına daxil edilib.

 

 

 

LENT

26 May 2018
25 May 2018
24 May 2018
23 May 2018