Quranda adı çəkilən meyvələr - SİYAHI

 

Kulis.az müsəlmanların müqəddəs kitabı olan “Qurani-Kərim”də adı çəkilən meyvələrin siyahısını təqdim edir.

 

Xurma

 

 

Xurma və ya xurma ağacı olaraq kitabda adı 20 dəfə çəkilir. Hədislərdə cənnət meyvəsi olduğu, zəhərə qarşı təsiri olduğu qeyd olunur. Bundan başqa hədislərdə müsəlmanlara acqarına xurma yemələri məsləhət görülür, çünki xurma bağırsaq qurdlarını məhv edir. “Qurani Kərim”in “Məryəm” surəsində tanrı Məryəmə xurma yeməyi tövsiyə edir: “Xurma budağını özünə doğru çək, üstünə yetişmiş xurmalar töküləcək. Ye, iç, gözün aydın olsun!”

 

 

Əncir

 

 

Quranda adı bir dəfə çəkilir. “Əncir” (“Ət-Tin”) surəsi var. Surə belə başlayır: “Əncirə, zeytuna, Sina dağına və əlinizdəki kitaba and olsun”. Hədislərdə peyğəmbərin ənciri cənnət meyvəsi adlandırması deyilir: “Əgər cənnətdən enmiş bir meyvə desəm, bu əncir olar. Çünki oradakı meyvələr çəyirdəksizdir”.

 

 

Zeytun

 

 

Quranda adı altı dəfə çəkilir. “İnsan hələ bir yeməyinə baxsın! (Görsün ki, ona necə ruzi verdik). Həqiqətən, Biz yağışı bol yağdırdıq.      Sora yeri gözəl yaratdıq (yaxşı yaratdıq), belə ki, orada dən (dənli bitkilər) göyərtdik; Üzüm və yonca; Zeytun və xurma (bağları), (ağacları bir-birinə) sarmaşan bağçalar, (növbənöv) meyvələr və ot (ələf) yetişdirdik”. (“Əbəsə”)

 

 

Üzüm

 

 

Quranda adı 11 dəfə çəkilir: “Göydən su (yağış) endirən Odur. Biz onunla hər bir bitkini yetişdirdik, yaşıl fidanlar göyərtdik, onlardan bir-birinə sarmaşmış (sünbül olmuş) dənələr çıxartdıq. Biz xurma ağacından, onun tumurcuğundan bir-birinə sarmaşmış salxımlar yetişdirdik. (Biz, həmçinin) üzüm bağları, bir-birinə bənzəyən və bənzəməyən zeytun və nar yetişdirdik. (Onlardan hər birinin) bar verdiyi vaxt meyvəsinə və onun yetişməsinə baxın. Şübhəsiz ki, bunda (Allahın Öz qüdrəti ilə yaratdığı bu şeylərdə) iman gətirən bir camaat üçün (Rəbbinizin varlığını sübut edən) dəlillər vardır.” (Ənam-99)

 

 

Nar

 

 

Quranda adı üç yerdə çəkilir. Nar haqqında Həzrəti Əlinin fikri də maraqlıdır: “Narı içindəki zəri ilə bərabər yeyin, çünki zəri (aralarındakı pərdə) mədəni təmizləyir”.

 

 

Albalı

 

 

Quranda adı bir dəfə çəkilir. Sağ tərəf sahibləri! (Əməl dəftərləri sağ əllərində olanlar!) Kimdir o sağ tərəf sahibləri? Salxım-salxım sallanmış banan, albalı ağacları altında; Çəkilməyən (daimi) kölgəliklərdə; Axar su kənarında; Bol meyvələr – Tükənməz və qadağan edilməyən (meyvələr) içində Və (bir-birinin üstünə yığılmış) hündür döşəklər üstündə (yaxud yüksək əxlaq və qeyri-adi gözəllik sahibi olan qadınlar yanında) olacaqlar!

 

 

Banan

 

 

Bu meyvənin adı Quranda bir dəfə, yuxarıda sitat gətirilmiş ayədə keçir. Lakin bir qədər mübahisəlidir. “Talx” bir çox Quran təfsirçilərinə görə banan deməkdir. Yaxud da banana bənzər meyvəsi olan meyvə olduğu deyilir.

 

 

 

LENT

23 Fevral 2018
22 Fevral 2018
21 Fevral 2018