Çirkin alçaq iş görüb çirkablara bulaşan

 

Nilufər Lətif

 

Başda oturmaq üçün hey çalışıb vuruşan,

Çirkin alçaq iş görüb çirkablara bulaşan.

Xəbərin varmı sənin,

Bilirsənmi bunu sən?

Bilsən adam olardın, yazıq hardan biləsən?

Səndən neçə il əvvəl bir insan yaşayıbdır

Qələmlə köhnəliyin məzarını qazıbdır.

Firuzəni, Almazı, Sevili O yazıbdır.

Almazı oxuyan qız arzusuna çatıbdır.

Sevilə baxan qadın çadrasını atıbdır.

Ancaq O sənin kimi deməyib məndə varam,

Söz düşəndə deyib ki, mən adi həvəskaram.

İnsanlığı pul ilə sərvət ilə ölçməyib,

Yeri baş olsa da O heç vaxt başa keçməyib.

Bu sadəlik, bu mərdlik gətirib Ona şərəf

Baş tərəf sayılıbdır CƏFƏR oturan tərəf.

 

LENT

22 İyun 2018
21 İyun 2018
20 İyun 2018