Kazuo İşiquronun romanı "Xəzər" jurnalının yeni sayında

“Xəzər” dünya ədəbiyyatı jurnalının yeni sayı çapdan çıxıb.

 

Kulis.az-ın verdiyi xəbərə görə, jurnalın bu sayında Nobel mükafatlı yazıçı Kazuo İşiquro “O günlərdən qalanlar” romanı, Edqar Ponun hekayələri, Frans Kafka haqqında xatirələr və onun “Aclıq ustası” hekayəsi, Yelena Bulqakovanın “Mən dustağam” gündəliyi və  Toni Morrisonun “Evə qayıdış” romanı yer alıb.

 

Həmçinin jurnalda Azərbaycan ədəbiyyatından Ələkbər Salahzadənin şeirləri, Türk poeziyası” rubrikasında – Edip Cansevər, Cahit Zerifoğlu, Cemal Süreya, Ece Ayhan və Can Yücelin şeirləri, “Esse” rubrikasında – Yukio Misimanın “Günəş və polad” essesi dərc olunub.

 

“Teatr” rubrikasında isə jurnal Martin Maksonaxın “Spokanlı təkqol” pyesini təqdim edib.

 

LENT

26 May 2018
25 May 2018
24 May 2018
23 May 2018