Uşaq qəbri – BAZAR OXUSU

Kulis.az “Bazar oxusu” layihəsindən Xanəmirin “Uşaq qəbri” şeirini təqdim edir.  

 

Bacım Xalidəyə


Yanına düşən təki böyüklərin 
Üç-beş günlük ömür boyda məzarlar 
Böyük qəbirlərin düşüb böyrünə
Gedər...

 

Bələk bağı torpağa qırılan quzum
Ananın südü
Pöhrə sümüyündə quruyub qalıb
Ananın südünü ölümə aparma
Canında öldürüb məzara qoyma

 

Uşaq qəbri -
Balaca torpaq qayıq
İtirib yelkənini avarını
Düşdüyü qara yerdə qalıb
Məzar qayıq məzar qayıq
Səni qos-qoca ilanlar
Edəcək oyuq-oyuq

 

Torpaqda körpələrin qəbirləri 
böyüklərin çəkmələrinə elə bənzəyir...
geyib ayağına ölüm
uşaqların böyümədiyi yerlərdə gəzər...
ölüm tez-tez çəkməsini dəyişər
 

1991

 

 

Nəriman Həsənzadə “Nə qəribədir”

Zəlimxan Yqub “Yavaş yeri”

Əlisəmid Kür “Kentavr”

Vaqif Bayatlı “Qardaşım ağaclar”

Salam Sarvan “Bağışla, otağim tör-toküntüdü”

Musa Yaqub “Taleyin qisməti” 

Ramiz Rövşən “Ayrılıq”

Səməd Vurğun “Mən tələsmirəm...”

Vaqif Səmədoğlu “Əlin sınaydı sanitar”

Ələkbər Salahzadə “Bir də gördün”

Məmməd Rahim “Saldı qara gözlərin”

Bəxtiyar Vahabzadə “Bir salama dəymədi” 

Vaqif Bayatlı Odər “Ölümdən sonra başlar şair ömrü”

Eldar Baxış "Gecənin bir aləmi"

Murad Köhnəqla “Dərdalgin”

Şaiq Vəli “Meyxanəçi”

Aqşin Yenisey “Kənd”

Əli Kərim "Atamın xatirəsi"

Tofiq Bayramın “Ay gecikən məhəbbətim”

Ramiz Rövşənin Məhəmməd Hadiyə həsr etdiyi şeir

Rasim Qaraca. "Əgər ən yaxın dostun"

Əlizadə Nuri. "Ana"

Vaqif Səmədoğlu. "Sevgilim mən öləndə"

 

LENT

26 May 2018
25 May 2018
24 May 2018
23 May 2018