Tramp haqda kitab serial olur

Amerika prezidenti Donald Tramp haqqında yazılan kitab əsasında teleserial çəkiləcək.

 

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, şirkətlərdən biri kitabın müəllifi Maykl Vulfdan “Alov və qəzəb: Trampın Ağ Evində” kitabının ekranlaşdırma hüququnu əldə edib.

 

Müəllifin özünü isə icraçı prodüser kimi layihəyə cəlb edirlər.

 

“Alov və qəzəb: Trampın Ağ Evində” kitabı yanvarın 9 dan satışa çıxıb. Kitabda iddi olunur ki, indiki ABŞ prezidenti bu postu tutacağına ümidli deyilmiş, amma onun xanımı Melaniyanı birinci ledi olmaq perspektivi şoka salıb. Bundan başqa müəllif qeyd edir ki, Trampın bəzi məsləhətçiləri onun psixi sağlamlığından narahat olublar.

 

Ağ Evdə kitabın məzmununu təkzib edib. Tramp müəllifin özünü psixi xəstə adlandırıb.

 

LENT

26 May 2018
25 May 2018
24 May 2018
23 May 2018