Antonio Banderas Pablo Pikasso rolunda – VİDEO

 

“National Geographic”ın çəkdiyi “Dahi” serialının ikinci seriyasından fraqment yayılıb. Kulis.azın türk mətbuatına istinadən verdiyi xəbərə görə ikinci seriya böyük ispan rəssamı Pablo Pikassonun həyatına həsr olunub.

 

Filmdə rəssamı Antonio Banderas canlandıracaq. Banderas Pablo Pikassonun həyat və yaradıcılığının ona hər zaman təsir etdiyini bildirib: “National Geographic” və “Dahi”nin heyəti ilə bir layihədə işləmək çox həyəcanvericidir. Dünyanın ən yenilikçi rəssamlarından biri olan və mənim doğulduğum Malaqa şəhərində doğulmuş Pikassoya hörmətim böyükdür”.

 

“Dahi” serialı ikinci sezonda Pablo Pikassonun sənət həyatını və keşməkeşli şəxsi həyatını işləyəcək. 91 illik həyatının böyük hissəsini Parisdə keçirən dahi rəssam Pikassonun həyatında önəmli yer tutan Koko Şanel, Henri Matiss, Mark Şaqal, Gertruda Stayn, Jan Kokto  və başqa məşhur şəxsləri  də serialda görəcəyik.

 

Xatırladaq ki, “Dahi”nin ilk seriyası Albert Enşteynə həsr olunub. 

 

 

LENT

23 Fevral 2018
22 Fevral 2018
21 Fevral 2018