Bir Əli Kərim şedevri - MƏTN

Kulis.az “Bazar oxusu” layihəsindən Əli Kərimin “...xatirəsinə” şeirini təqdim edir.

 

O, dünyada yox imiş.

Gördüyüm kəs yuxuymuş...

Nə siqaret çəkərmiş,

Hey sümürə-sümürə.

Nə də

baş qaldırarmış

xırda bir səs-səmirə.

Oturmazmış

burada,

bu divarın yanında.

Görünməzmiş

dərdimiz

onun həyəcanında.

Özü olmadığından

olmayıb bir arzusu.

Nə biz olmuşuq,

nə o,

Ağ bir yalan imiş bu.

Ağlama, könlüm,

kiri...

Gözümdə yaş qalmayıb,

Bu adda,

bu nişanda,

O gözəl gənc

cahanda

Olmayıb,

olmayıb,

olmayıb...

 

1969

 

LENT

24 Fevral 2018
23 Fevral 2018
22 Fevral 2018
21 Fevral 2018