Monika Belluççidən QEYRİ-ADİ ETİRAFLAR

Kino ulduzu Monika Belluççi Los Ancelesdə İtaliya Kültür Mərkəzində keçirilən film festivalında iştirak edib.

 

Kulis.az türk mətbuatına istinadən xəbər verir ki, tədbirdə “Şərəf mükafatı” alan 54 yaşlı aktrisa çıxış edərək, bu sözləri söyləyib: “İkona olmaqdansa aktrisa kimi yaddaşlarda qalmaq istəyirəm. Çünki ikona olmaq düşüncəsi mənə zamanın durduğu düşüncəsini verir, ancaq aktrisa olaraq qalmaq, bir qadının yaşaması anlamına gəlir.” 

 

Daha sonra aktrisa Hollivudla bağlı da maraqlı etiraflar edib: “Hollivuda hörmətim var, çünki hələ də geniş büdcəli və səmimi filmlər çəkməyi bacarırlar. Ancaq mən özümü heç vaxt Hollivudun bir parçası saymadım. Amerika filmlərində avropalı kimi oynadım.” 

 

LENT

26 May 2018
25 May 2018
24 May 2018
23 May 2018