Hüseyn Cavidin “Ana”sı “Gənc tamaşaçılar”da

 

Dövlət Gənc Tamaşaçılar Teatrında yeni tamaşanın məşqləri start götürüb. Teatrdan Kulis.aza verilən məlumata görə Hüseyn Cavidin “Ana” pyesi əsasında hazırlanacaq eyniadlı tamaşa səhnələşdiriləcək.

 

Yeni səhnə əsərinin quruluşçu rejissoru, Azərbaycan və Kalmıkiya Respublikalarının əməkdar incəsənət xadimi Bəhram Osmanov,  quruluşçu rəssamı Telman Şıxıyev,  musiqi tərtibatçısı Zaur Rəşidov, rejissor assistenti isə Sevda Hacışəmiyevadır.

 

Tamaşada əsas obrazları Əməkdar Artist Nübar Novruzova, aktyorlar  İradə Rəşidova, Vahid Orucoğlu, Manaf Dadaşov, Ramiq Nəsirov, Elnur Kərimov, Elnur Şıxəliyev, Ramil Məmmədov, Simuzər Ağakişiyeva , Aydın Dəmirov canlandıracaqlar.

 

Tamaşanın premyerası aprel ayında reallaşacaq.

 

 

LENT

22 Fevral 2018
21 Fevral 2018
20 Fevral 2018
19 Fevral 2018