Səlim Babullaoğlu fəxri təmsilçi olub

Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, tanınmış şair-tərcüməçi Səlim Babullaoğlu Türk Ədəbiyyatı Vəqfinin Azərbaycandakı fəxri təmsilçisi təyin olunub.

 

Kulis.azın verdiyi xəbərə görə, Türk Ədəbiyyatı Vəqfinin başqanı Sərhəd Kabaklının imzaladığı Təmsilçilik diplomunda bu sözlər qeyd olunub: “Türk mədəniyyət, sənət və ədəbiyyat həyatının inkişafı, dərin mədəni irsin gələcəyə ötürülməsi və keçmişdə böyük xidmətlərə imza atmış dəyərli adların xatırlanaraq gələcək nəsillərə tanıdılması, qardaş ölkə ədəbiyyatları arasındakı iş birliklərinin gücləndirilməsi ümidylə qurulan Türk Ədəbiyyatı Vəqfinin sayəsində dəyərli işlərə imza atacağınıza inanır, fəaliyyətinizdə güc və uğur arzu edirik...”


S.Babullaoğlu məsələ ilə bağlı modern.az saytına açıqlamasında bunları deyib: “Vəqfin rəhbəri, hörmətli Sərhəd Kabaklıya, tanınmış tərcüməçi və yazar İmdat Avşar başda olmaqla namizədliyimi irəli sürmüş və dəstəkləmiş hər kəsə, idarə heyəti üzvlərinə təşəkkür edirəm. Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri kimi mən onsuz da xalqların ədəbiyyatlarının yaxınlaşması və mübadiləsi işi ilə məşğul olmuşam. İndi isə fəaliyyətim türk ədəbiyyatları istiqamətində daha dərin və əsaslı xarakter alacaq...”

 

LENT

23 May 2018
22 May 2018
21 May 2018