“Gəncliyin səsi - 2018” festivalı başladı

Azərbaycan Dövlət Musiqili Teatrında “Gəncliyin səsi - 2018” festivalının bağlanış mərasimi keçirilib.

 

Qurumun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ənənə halını alan festival Mədəniyyət və Turizm Nazirliyivə Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə əməkdaşlığı ilə reallaşıb. 

 

Tədbir iştirakçıları əvvəlcə Bakı Turizm Peşə Məktəbinin, Azərbaycan Turizm və Menecment Universitetinin tələblərinin və “ASAN könüllüləri” Mədəniyyət Mərkəzinin gənc üzvlərinin əl işlərindən ibarət fotosərgi ilə tanış olublar. Festival çərçivəsində 5 saylı Bakı "ASAN Xidmət" mərkəzinin könüllülərinin təqdimatında Emin Sabitoğlu və Tamara Vəliyevanın “Bankir adaxlı” tamaşasının premyerası nümayiş olunub.

 

Gənc istedadların üzə çıxarılması, onların yaradıcılıq axtarışlarının, bilik və bacarıqlarının, əldə etdiyi nailiyyətlərin dəstəklənməsi, yeni simaların aşkar olunması məqsədi daşıyan “Gəncliyin səsi” festivalının sonunda bir qrup istedadlı gənclər mükafatlandırılıb.

 

LENT

23 May 2018
22 May 2018
21 May 2018