Məmməd İsmayıl Şevçenko medalı alıb

Şair Məmməd İsmayıl Ukraynada nüfuzlu mükafata layiq görülüb.

 

Kulis.azın verdiyi xəbərə görə, o, ədəbiyyat sahəsindəki önəmli fəaliyyətlərinə görə Ukrayna Milli Ali Təhsil Akademiyası tərəfindən Taras Şevçenko medalı ilə təltif edilib.

 

Xatırladaq ki, son aylar Türkiyədə yaşayan şair Məmməd İsmayılın ədəbi yaradıcılığı üçün düşərli olub. O, bundan əvvəl Avropa Elm, Sənət və Ədəbiyyat  Akademiyasının həqiqi üzvü seçilib. “Özgürlük sevgisi” beynəlxalq şeir müsabiqəsinin qalibi oldu.

 

Müsabiqənin qalibi olan "Biz dörd nəfər idik” şeri Parisdə yayımlanan fransız dilindəki antologiyada ve Ukraynada çap olunan "Xarici ədəbiyyat" jurnalında ukrayın dilinə çevrilərək çap olunub. 

 

LENT

20 Fevral 2018
19 Fevral 2018
18 Fevral 2018
17 Fevral 2018
16 Fevral 2018