Gənc yazarın “Seçilənlər” kitabı çap olunub

 

Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü Anar Məcidzadənin “Seçilənlər” adlı kitabı nəşr olunub.

 

Müəllifin cari ildə çap olunan kitabında onun müxtəlif mətbu orqanlarda dərc edilmiş məqalələri, hekayələri və şeirləri toplanıb. Kitab Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəşriyyatında nəşr olunub. Qeyd edək ki, A. Məcidzadə 2006-2010-cu illərdə "Səs" qəzetində, 2012-2015-ci illərdə "Lent.az" İnformasiya Agentliyində müxbir işləyib. Hazırda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İctimaiyyətlə əlaqələr şöbəsində baş məsləhətçi vəzifəsində çalışır. 2-ci dərəcə dövlət qulluqçusudur.

 

1998-ci ildən bədii yaradıcılıqla məşğuldur.

 

LENT

15 İyul 2018
14 İyul 2018
13 İyul 2018
12 İyul 2018
11 İyul 2018