Arif Babayevin 80 illik yubiley gecəsi keçiriləcək

 

Aprelin 3-də Heydər Əliyev Sarayında Azərbaycanın xalq artisti, görkəmli muğam ifaçısı Arif Babayevin 80 illik yubiley gecəsi keçiriləcək.

 

Sarayın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yubiley gecəsində muğam sənətinin inkişafında, milli musiqimizin təbliğində böyük rolu və töhfələri olan Arif Babayevin və tanınmış xanəndələrin ifasında xalq mahnıları, təsniflər və muğamlar səsləndiriləcək.

 

Gecədə ustad sənətkarın oxuduğu və musiqi mədəniyyətimizin xəzinəsinə daxil olmuş “Şur”, “Rast”, “Bayatı-Şiraz”, “Cahargah”, “Mirzə Hüseyn segahı”, “Zabul segah”, “Segah” muğamları, xalq mahnıları, təsniflər, bəstəkar mahnıları təqdim olunacaq. Saat 19:00-da başlayacaq konsertin biletlərinin qiyməti 20-60 manat təşkil edir. Biletləri Heydər Əliyev Sarayının kassasından, şəhərin kassalarından, www.iticket.az saytından onlayn və ASAN xidmət mərkəzlərindən əldə etmək olar.

 

Qeyd edək ki, “APA Holding” tədbirin informasiya dəstəkçisidir. 

 

 

LENT

15 İyul 2018
14 İyul 2018
13 İyul 2018
12 İyul 2018
11 İyul 2018