Hüseyn Cavidin “İblis”i İstanbul səhnəsində

 

Görkəmli Azərbaycan dramaturqu Hüseyn Cavidin "İblis" pyesi İstanbul səhnəsində oynanılacaq. 

 

Bunu fevralın 10-da türk ədəbiyyatşünas Ahmet Kabaklının "Yunus Əmrə" kitabının Azərbaycan Yazıçılar Birliyindəki təqdimatında İstanbul Böyükşəhər Bələdiyyəsinin sabiq Kültür Dairə başqanı Əbdürrəhman Şən deyib. 

 

Ə.Şən bildirib ki, tamaşanın quruluşçu rejissoru Türkiyədə fəaliyyət göstərən azərbaycanlı aktrisa Məlahət Abbasovadır. 

 

Rəsmi əlavə edib ki, tamaşanın teatr sezonunun sonuna qədər səhnəyə qoyulacağı gözlənilir. /parafr.az/

 

LENT

24 Fevral 2018
23 Fevral 2018
22 Fevral 2018
21 Fevral 2018