“Çocuklar duymasın”ın yeni Havuçu kim olacaq? - FOTO

Türkiyənin Azərbaycanda da sevilərək baxılan “Çocuklar duymasın” serialının süjetində sürpriz yenilik baş verəcək. Evdən çıxıb gedən Havuç geri dönəcək.

 

Kulis.azın verdiyi xəbərə görə, bu haqda serialın prodüseri Birol Güvən öz sosial media hesabında yazıb: “Havuç evə dönür. “Çocuklar duymasın”da Havuçlu günlər başlayır”.

 

Bunun ardınca “Havuç” ləqəbli Emre rolunun ifaçısı Furkan Kızılay öz İnstagram hesabında seriala qayıtmayacağını yazıb.

 

Görəsən, yeni Emreni kim oynayacaq? Tamaşaçılar maraq içərisindədir.   

 

Emrenin anası Meltemi oynayan Pınar Altuğ isə yeni Havuçla aşağıdakı fotonu paylaşıb.

 

 

LENT

24 Fevral 2018
23 Fevral 2018
22 Fevral 2018
21 Fevral 2018