Oqtay Mirqasımov ustad dərsləri keçəcək

 

Fevralın 27-də “YARAT” Müasir İncəsənət Mərkəzində kinorejissor, Xalq Artisti Oqtay Mirqasımov tərəfindən “İmprovizasiya – yaradıcı özünüifadə tərzi kimi” adlı ustad dərsi keçiriləcək.

 

Ustad dərsi zamanı qonaqlar hekayələrini təcrübəli rejissorun rəhbərliyi altında qısa filmə çevirə biləcək.

 

Oqtay Mirqasımov 20 ildir ki, Azərbaycan gənc kinematoqrafçılarının hazırlanmasında xüsusi xidmətlər göstərir. Kinorejissorun hazırladığı ekran əsərləri dəfələrlə Fransa, İtaliya, Türkiyə, Monqolustan, Polşa, Macarıstan, İsrail, Yaponiya və digər ölkələrin tamaşaçıları tərəfindən böyük rəğbətlə qarşılanıb./azertag.az/

 

 

LENT

23 İyun 2018
22 İyun 2018
21 İyun 2018
20 İyun 2018