“Babam və oğlum” filmi Bakıda nümayiş etdiriləcək

 

Türkiyənin məşhur “Babam və oğlum” (2005) filmi Bakıda nümayiş etdiriləcək.

 

Bakı Yunus Emre İnstitutundan APA-ya verilən məlumata görə, filmin nümayişi martın 2-də saat 19:00-da Nizami Kino Mərkəzində olacaq. 

 

Rejissoru və ssenari müəllifi Çağan Irmak olan ekran əsərində Çetin Tekindor, Hümeyra Akbay, Fikret Kuşkan, Özge Özberk, Ege Tanman, Yetkin Dikinciler, Erdal Tosun, Nergis Çorakçı, Mahmut Gökgöz, Halit Ergenç çəkilib.

 

Türkiyədə 1980-ci il hərbi çevrilişi vaxtı anasını itirən Dəniz (çevrilişdən sonra bir çox solçu valideynin övladına edam olunan Dəniz Gəzmişin xatirəsinə verdiyi ad) yeddi il sonra atası ilə birlikdə Ege bölgəsində yaşayan babasını görməyə gedir. Onun illərdir babasını görməməyinin səbəbi atası ilə babasının bir-birinə küsülü olmasıdır. Dənizin babası Hüseyn Əfəndi (Çetin Tekindor) oxumaq üçün göndərdiyi oğlunun siyasi hadisələrə qarışdığını eşidəndə onu oğulluqdan silir. Uzun müddət atası ilə küsülü olan Sadıq ata evinə oğlunu atasına əmanət etmək üçün qayıdır.

 

Film Türkiyədə 3,5 milyon tamaşaçı tərəfindən izlənilib.

 

Giriş sərbəstdir. Biletləri Nizami Kino Mərkəzinin kassalarından ödənişsiz əldə etmək olar. 

 

 

LENT

23 İyun 2018
22 İyun 2018
21 İyun 2018
20 İyun 2018