“Aşıq ədəbiyyatı antologiyası” təqdim olundu

Fevralın 23-də Xalq Bankın əsas binasında yerləşən bədii qalereyada “Xalq Əmanəti” layihəsi çərçivəsində nəşr olunmuş üçcildlik “Aşıq Ədəbiyyatı Antologiyası” toplusunun təqdimatı keçirilib.  

 

Kulis.azın verdiyi xəbərə görə, ​tədbiri akademik Nizami Cəfərov açaraq, ədəbiyyatda aşıq yaradıcılığının yerindən danışıb. Sonra sözü kitabın elmi redaktoru, Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlıya verib.

 

Antalogiyanın tərtibatı haqda geniş danışan M.Qasımlıdan sonra professorlar Qəzənfər Paşayev və Şirindil Alışanlı çıxış ediblər. 

 

Xatırladaq ki, aşıq yaradıcılığı incilərinin toplandığı üçcildlik aşıq poeziyası, dastanları və ən qədim dövrdən indiyədək ustad aşıqaların şeirlərindən seçmələri əhatə edir.

 

“Xalq Əmanəti” layihəsinin on altıncı nəşri - “Aşıq Ədəbiyyatı Antologiyası” nüfuzlu alimlərdən ibarət işçi qrupunun uzunmüddətli tədqiqat işinin nəticəsidir.

 

 

 

LENT

23 İyun 2018
22 İyun 2018
21 İyun 2018
20 İyun 2018