Filmimiz beynəlxalq festivalın qalibi olub

Rusiyanın Kazan şəhərində keçirilən “ZILANT” beynəlxalq kinofestivalının finalçıları arasında azərbaycanlı rejissor Murad Əbiyevin “Dəniz suyu içən it” filmi də nümayiş edilib.

 

Ekran işi “Qısametrajlı film” kateqoriyasında “Ən yaxşı rejissor işi” nominasiyasında qalib olub.

 

Qalibləri Rusiyanın aparıcı kinorejissoru Andrey Selivanov mükafatlandırıb. Filmi, ssenari müəllifi və prodüser Lalə Əliyeva-Klıçkova təqdim edib. O, ekran işi barədə danışıb və Azərbaycan filmini beynəlxalq festivalda təqdim etməkdən qurur hissi duyduğunu qeyd edib.

 

“Dəniz suyu içən it” qısametrajlı filmi “NərimanFilm” kinostudiyasında çəkilib. Film, sevdiyi kişinin xəyanətinə məruz qalan və doğulmamış övladını itirən qadının taleyindən bəhs edir. Ruh düşkünlüyü və çarəsizlik yaşayan qadın kimsənin olmadığı çimərliyə gəlir və bu yer onun həyat tarixçəsinin aydınlaşmasının səssiz şahidinə çevrilir.

 

Festival çərçivəsində, həmçinin “Kinokadrın kompozisiyası” mövzusunda ustad dərsi təşkil edilib.

 

Qeyd edək ki, bu ilin aprel ayında isə film Kamerunda beynəlxalq festivalda təqdim ediləcək. Baş rolun ifaçısı Natəvan Hacıyeva “Women's Only Entertainment” film festivalında “Xarici kino sənətinin ən yaxşı aktrisası” adına, filmin prodüseri isə Moskvadakı “Moscow Indie” müstəqil kino festivalında “Ən yaxşı qadın kinematoqraf” mükafatına layiq görülüb.

 /azertag.az/

 

LENT

21 İyun 2018
20 İyun 2018
19 İyun 2018
18 İyun 2018
17 İyun 2018
16 İyun 2018
15 İyun 2018