Cem Yılmaz sevgilisinin qızını filmə çəkir

Son filmi “Arif V 216” ilə kassada istədiyi uğuru əldə edən Cem Yılmaz yeni film çəkməyə hazırlaşır.

 

Kulis.azın türk mətbuatına istinadən verdiyi xəbərə görə, o, İzmirdə heyranları ilə görüş zamanı bu barədə danışıb. C.Yılmaz həmin görüşə Cağayat Ulusoy və Barış Arduçu da bu məqsədlə dəvət edibmiş. Aktyorların hər ikisi filmdə rol alacaq.

 

Festivallara göndərmək üçün nəzərdə tutulan filmin prodüseri də, ssenaristi də Cem Yılmaz özüdür. Rejissor kreslosuna isə həmişəki kimi Kıvanç Baruönü oturacaq.

 

Filmdə Cemin sevgilisi Lal Dedeoğlunun qızı Leyla Faray da çəkiləcək.     

 

LENT

21 İyun 2018
20 İyun 2018
19 İyun 2018
18 İyun 2018
17 İyun 2018
16 İyun 2018
15 İyun 2018