Berlinalenin qalib filmləri nədən bəhs edir?

Bu günlərdə alman rejissoru Tom Tıkverin rəhbərlik etdiyi jüri heyəti 68 Berlin kinofestivalının qaliblərini seçdi.

 

Kulis.az  mükafatlandırılan filmlər haqda qısa annotasiyaları təqdim edir.

 

Berlin kinofestivalının əsas mükafatı “Qızıl ayı”nı rumın rejissoru Adina Pintilienin “Mənə toxunma” filmi qazandı. “Mənə toxunma” bir neçə ölkənin kinematoqrafçılarının əməkdaşlığının nəticəsidir.

 

 

Filmin əsas qəhrəmanı öz hissiyyatları ilə onu əhatə edənlərin hiss etdikləri arasında balans axtarır. Bu qadın insanların intim həyatını izləyir, amma kiminsə ona toxunmasına dözə bilmir. Tanış olduğu aktyor onunla kontaktı toxunduğu əşyalar vasitəsilə qurur. Əsas rolda ingilis aktrisası Lora Benson oynayıb.

 

“Jürinin Qran prisi” polyak rejissoru Malqovata Şumovskanın  “Üz” filminə təqdim olundu. Filmin qəhrəmanı Hündürlükdən yıxıldıqdan sonra üz transplantasiyası əməliyyatı keçirmiş Yatsekdir. Hadisələr qəhrəmanın öz doğma kəndinə qayıtması ilə düyünlənir. O, göstərilən münasibətin dəyişdiyini hiss edir.

 

 

“Ən yaxşı rejissor” nominasiyasında qalib olan Ues Andersonun “İt adası” animasiya filmi Yaponiyaya səyahətə çıxmış 12 yaşlı Ataridən bəhs edir. O, dostunu, Spots adlı iti axtarır.

 

 

Meksika rejissoru Alsonso Luis Palaşiosun “Ən yaxşı ssenari” nominasiyasında qalib olan “Muzey” filmi kriminal dram janrındadır.

 

 

Filmin qəhrəmanı 30 yaşında universitet oxuyan Xuandır. Qohumları onu tək bu yaşda oxumaq sevdasına görə yox, həm də boyunun qısalığına görə də lağa qoyurlar. Birdən Xuanın ağlına antropologiya muzeyini qarət etmək kimi bir plan gəlir. Bundan sonra qəhrəman hamının diqqət və hörmətini qazanır. Film real hadisələrə əsaslandığını bildirən bir replika ilə başlayır: “Bu orijinal əhvalatın epiloqudur”

 

“Ən yaxşı aktyor” nominasiyasında müklafatlandırılan Entoni Bayonun (“Dua” filmi) qəhrəmanı Tomasın 22 yaşı var. O, heroindən asılılıqdan qurtarmaq istəyir, amma bu asan deyil. O zaman Alp dağlarındakı katolik icmasına qoşulur.

 

 

 Marçello Martinessinin “Varis” filmində Çela roluna görə  “Ən yaxşı aktrisa” nominasiyasında  Ana Bruni mükafatlandırıldı. Film iki qadının ailələrindən qalan mirasları satıb pula çevirməsi ilə başlayır. Lakin belə davam edə bilmir. Qadınlardan biri kreditə görə həbsxanaya düşür. Komforta alışmış rəfiqəsi isə yük maşınında sürücü işləməyə məcbur olur.

 

 

“İncəsənətə verdiyi böyük töhvələrə görə” mükafatlandırılan “Dovlatov” filmi (rej. Aleksey German II)) Rus yazıçısı Sergey Dovlatovun Leninqradda keçirdiyi bir neçə günü təsvir edir.

 

 

“Ən yaxşı sənədli film” seçilən “Valtxaym valsı” (rejissor Rut Bekerman) BMT-nin baş katibi və Avstriya prezidenti postlarını tutmuş Kurt Valtxaymın nasist cinayətlərində əli olub olmamasını araşdırır. Bekerman filmində belə bir sual qoyur: Avstriya nasist cinayətlərində öz rolunu dərk edirmi, yoxsa özünü Hitlerin “ilk qurbanı” sayır?

 

LENT

21 İyun 2018
20 İyun 2018
19 İyun 2018
18 İyun 2018
17 İyun 2018
16 İyun 2018
15 İyun 2018